“Taliban” radikal hərəkatının növbəti hücumu nəticəsində Əfqanıstanın şərqində 16 güc strukturu əməkdaşı ölüb, daha 15-i yaralanıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, taliblər ötən gecə Paktiya əyalətinə hücum ediblər və döyüşlər sabaha qədər davam edib.
Əyalət qubernatorunun nümayəndəsi hücumu təsdiqləyib və 28 “Taliban” döyüşçüsünün məhv edildiyini açıqlayıb.
Son xəbərlər
Son Xəbərlər