Əfqanıstanda 2 ABŞ əsgəri öldü

efqanistanda-2-abs-esgeri-oldu
Oxunma sayı: 1532

Əfqanıstanda partlayış nəticəsində iki ABŞ hərbi qulluqçusu həlak olub, daha iki hərbiçi isə yaralanıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə Əfqanıstanın “TOLOnews” telekanalı xəbər verib.

Partlayışa səbəb NATO missiyasının tərkibindəki kontingentin hərbiçilərini daşıyan döyüş avtomobilinin Qəndahar əyalətində yola basdırılmış minaya düşməsi olub.

Telekanal bildirib ki, "Taliban" radikal hərəkatı baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.