Əfqanıstanda 350 təhlükəsizlik qüvvələri əməkdaşı pusquya düşüb

efqanistanda-350-tehlukesizlik-quvveleri-emekdasi-pusquya-dusub
Oxunma sayı: 1112

Əfqanıstanda təhlükəsizlik qüvvələrinin əməkdaşları pusquya düşüblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TOLOnews”a telekanalı məlumat yayıb. Telekanal 350 güc strukturu əməkdaşının pusquya düşdüyünü açıqlayıb. Məlumatı təsdiqləyən yerli hakimiyyət bildirib ki, hadisə təhlükəsizlik qüvvələri əməkdaşlarından ibarət konvoyun Fəryab əyalətinin mərkəzi Meymene şəhərinə yollandığı zaman baş verib. Rəsmi açıqlamada o da qeyd edilib ki, “Taliban”la toqquşma davam edir. 

Aysel Kərimova