Əfqanıstanda 40 təhlükəsizlik əməkdaşı öldürülüb

efqanistanda-40-tehlukesizlik-emekdasi-oldurulub
Oxunma sayı: 772

Əfqanıstanın Gilmənd əyalətində silahlı qüvvələrin bazasına hücum olub.

“Qafqazinfo” xəbər verir ki, bir qrup döyüşçünün hücumu nəticəsində azı 40 təhlükəsizlik əməkdaşı öldürülüb. 

Əyalətin qubernatorluğundan bildirilib ki, hücumun qarşısı alınıb, nəticədə azı 20 döyüşçü məhv edilib. 

“Pajvak” agentliyi hücumun arxasında “Taliban”ın dayandığını yazır.