Əfqanıstanda 6,1 ballıq zəlzələ - Ölən və yaralananlar var + Yenilənib + Fotolar

efqanistanda-61-balliq-zelzele
Oxunma sayı: 1711

Əfqanıstanın şimal –şərqində 6,1 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanlar paytaxt Kabildən 272 kilometr uzaqlıqda qeydə alınıb. 

Ölənlər və dağıntılarla bağlı məlumat yoxdur. Təkanlar Özbəkistanın şərqi, Pakistan və Hindistanda da hiss edilib

***

Pakistanın Bəlucistan əyalətində 1 uşağın dağıntılar altında qalaraq öldüyü bildirilib. 9 nəfər isə yaralanıb.

Xeybər Peştunhuva əyalətində isə 10 yaralı var.