Əfqanıstanda 6,3 maqnitudalı zəlzələ oldu

efqanistanda-63-maqnitudali-zelzele-oldu
Oxunma sayı: 1705

Əfqanıstanın şimal-şərqində 6,3 maqnitudalı zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.

Yeraltı təkanların episentri Curm yaşayış məntəqəsindən 41 kilometr cənubda yerləşib. Sözügedən ərazidə təqribən 12 min sakin yaşayır.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.