Əfqanıstanda avtobus partladıldı, ölənlər var

efqanistanda-avtobus-partladildi-olenler-var
Oxunma sayı: 1335

Əfqanıstanın paytaxtı Kabil yaxınlığındalı Pərvan vilayətində təhsil işçilərini və tələbələri aparan avtobusa bombalı hücum olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində dörd nəfər ölüb.

Bildirilib ki, avtobus Əl-Biruni Universitetinin heyətini aparırmış. Hadisə zamanı 11 nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti ağırdır.

Hücumu hələlik üzərinə götürən olmayıb.