Əfqanıstanda bazara raket zərbələri endirildi - 23 ölü + Yenilənib

Əfqanıstanda bazara raket zərbələri endirildi
Oxunma sayı: 2008

Əfqanıstanın cənubundakı Hilmənd vilayətində mal-qara bazarında baş verən partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb.

“Qafqazinfo” “Ria Novosti”yə istinadən xəbər verir ki, kustar üsulla hazırlanmış partlayıcı qurğu “Taliban”ların fəal olduğu Sangin bölgəsində partladılıb.

“Taliban” sözçüsü Zabihullah Mücahid bazara bomba yerləşdirildiyini inkar edib. Onun sözlərinə görə, əsgərlərin bazara minaatan mərmi atması nəticəsində bir neçə mülki şəxs ölüb, bir çox insan yaralanıb.

Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri ilə radikal “Taliban” hərəkatının yaraqlıları arasında qarşıdurma davam edir. Bununla yanaşı, ölkədə “İslam Dövləti" terror qruplaşmasının da gücləndiyi bildirilib.

***

Əfqanıstanın cənubundakı Hilmənd vilayətində mal-qara bazarına endirilən raket zərbələri nəticəsində ölənlərin sayı 23-ə çatıb. Bazara əvvəlcə 4 raket zərbəsinin endirildiyi, daha sonra isə bir avtomobilin partladıldığı bildirilib. Hadisədə daha 2 "Taliban" döyüşçüsün də öldüyü qeyd olunub.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi