Əfqanıstanda bu dəfə qar fırtınası oldu, 12 uşaq öldü

efqanistanda-bu-defe-qar-firtinasi-oldu-12-usaq-oldu
Oxunma sayı: 1801

Əfqanıstanda daşqın və zəlzələnin ardınca indi də qar fırtınası baş verib.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, 12 uşaq fırtınanın qurbanı olub.

Bununla yanaşı, çobanlar pis hava şəraiti zamanı itən yüzlərlə baş mal-qarasını axtarır.

Xatırladaq ki, iyunun 22-si Əfqanıstanda güclü zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 1500 nəfər ölüb, 2000-dən çox insan yaralanıb.