“Qafqazinfo” Habertürk-ə istinadən xəbər verir ki, ölkənin şərqində yerləşən Cəlalabad şəhərinin mərkəzində bir nəfər üzərində yerləşdirilmiş bombanı işə salıb. Cəlalabad səhiyyə şöbəsindən verilən məlumata görə, 33 nəfər ölüb, 100 nəfər yaralanıb. Ölü sayının artacağı bildirilir.
“Taliban” terror qruplaşmasının nümayəndəsi Zabiullah Mücahid açıqlamasında bu hadisəni qınayıb, partlayışı onların etmədiklərini dilə gətirib.
Faciəni heç bir terror təşkilatı öz üzərinə götürməyib.
Son xəbərlər
Son Xəbərlər