Əfqanıstanda daha bir terror aktı,18 hərbçi öldü

efqanistanda-daha-bir-terror-akti18-herbci-oldu
Oxunma sayı: 883

Əfqanıstanın cənubunda yerləşən Hilmənd viyalətində “Taliban" terror qruplaşması tərəfindən bir avtomobilin partladılması nəticəsində 18 hərbçi həlak olub.

“Qafqazinfo” Əfqanıstan mətbuatına istinadən xəbər verir ki, terror aktı bazar günü axşam Nəhri Sirac rayonunda Əfqanıstan Milli Ordusu və Milli Təhlükəsizlik İdarəsinin nəzarət-buraxılış məntəqəsinin qarşısında törədilib. Hadisə nəticəsində nəzarət-buraxılış məntəqəsi tamamilə məhv olub, 18 hərbçi həlak olub.

“Taliban” qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.