Əfqanıstanın cənubunda son bir neçə gündə yağan aramsız leysan yağışları və daşqınlar nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, 140-dan çox insan isə xəsarət alıb.
Daha əvvəl 20 nəfərin öldüyü, 10 nəfərin itkin düşdüyü deyilirdi.
Qəndəhar, Zabul və Fərəh əyalətlərinin minlərlə zərərçəkmiş sakininə təcili yardım göstərilib.
Son xəbərlər
Son Xəbərlər