Əfqanıstanda polis işçisi Hacı Şeyx İkramın dəfn mərasimində partlayış törədilib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, günorta saatlarında baş vermiş terror aktı zamanı 15 nəfər ölüb, 56 nəfər yaralanıb. Məlumatı Nanqarhar əyalətinin qubernatoru təsdiqləyib.
Ölənlər arasında əyalət şurasının üzvləri də olub.
Partlayışa görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.
Son xəbərlər
Son Xəbərlər