Əfqanıstanda güclü partlayış - 24 ölü, 31 yaralı

Əfqanıstanda güclü partlayış
Oxunma sayı: 529

Əfqanıstanın Pərvan əyalətində, Prezident Əşrəf Qaninin qərargahının yaxınlığında güclü partlayış baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə nəticəsində 24 nəfər həlak olub, 31 nəfər xəsarət alıb.

Məlumata görə, partlayış baş verən ərəfədə dövlət başçısı seçkiqabağı təşviqat kampaniyası çərçivəsində minlərlə insanın qarşısında çıxış etməyə hazırlaşırmış. Bildirilir ki, Prezident xəsarət almayıb.

Hələlik ekstremist qrupların heç biri hücumun məsuliyyətini öz üzərinə götürməyib.

Qeyd edək ki, Əfqanıstanda prezident seçkiləri 28 sentyabrda keçiriləcək. Konstitusiyaya görə, dövlət başçısı ikinci müddətə təkrar seçilmək imkanı ilə 5 il müddətinə seçilir.

Xatırladaq ki, Əşrəf Qani 2014-cü ildən ölkəyə rəhbərlik edir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi