Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.
“Qafqazinfo”nun “tolo news”a istinadən verdiyi xəbərə görə, partlayışdan sonra Baş Prokurorluğun binası qarşısında silah səsləri eşidilib.
Hazırda hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmır. Xəsarət alanların olub-olmadığı barədə də məlumat yoxdur.
Qeyd edək ki, son 20 gün ərzində Əfqanıstanda dövlət müəssisələrinin qarşısında baş vermiş partlayışlar nəticəsində onlarla insan həlak olub.
Son xəbərlər
Son Xəbərlər