Bu gün səhər Əfqanıstanın paytaxtı Kabildə 29 nəfərin ölümü ilə nəticələnən iki partlayışdan sonra Qəndəharda da terror hücumu baş verib.
“Qafqazinfo” xəbər verir ki, terrorçu-kamikadzenin partlayıcı qurğunu işə salması nəticəsində 11 mədrəsə şagirdi ölüb.
Partlayış xarici silahlı qüvvələrə məxsus kortejin yaxınlığında baş verib. Hədəf NATO missiyası çərçivəsində ölkəyə gələn Rumıniya hərbçiləri olub. İnsident zamanı altı hərbçi yaralanıb.
Hələ ki, heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
Son xəbərlər
Son Xəbərlər