Əfqanıstanda hökumətin istefasını tələb edənlərə atəş açıldı - Ölən var

efqanistanda-hokumetin-istefasini-teleb-edenlere-ates-acildi
Oxunma sayı: 847

Əfqanıstanın paytaxtı Kabulda hökumətin istefası tələbi ilə nümayişlər keçirilir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, əfqan polisi havaya atəş açaraq nümayişin qarşısını almağa çalışır. 

Etirazlara səbəb isə 100 nəfərin ölümü və 600 nəfərin yaralanması ilə nəticələnən terror aktı olub. Mindən çox nümayişçi hazırda terrorun baş verdiyi əraziyə toplaşıb. 

***

Polisin açdığı atəş nəticəsində bir nəfər nümayişçi öldürülüb.