Əfqanıstanda məsciddə partlayış baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə ölkənin cənub-qərbində yerləşən Qəzni vilayətində qeydə alınıb.
Partlayış nəticəsində azı 21 nəfərin yaralandığı bildirilir. Hadisənin digər təfərrüatları hələlik məlum deyil.
Qeyd edək ki, regionda fəaliyyət göstərən terrorçu qruplaşmaların heç biri hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.
Son xəbərlər
Son Xəbərlər