Əfqanıstanın Məzari-Şərif şəhərində məsciddə partlayış baş verib.
“Qafqazinfo” “Khaama Press” agentliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində 30 nəfər həlak olub.
İnsident nəticəsində daha 80 nəfər yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb.
Həkimlərin məlumatına görə, yaralıların və ölənlərin sayı arta bilər.
Partlayışın hansı səbəbdən və məscidin məhz hansı hissəsində baş verdiyi hələ ki məlum deyil.
Son xəbərlər
Son Xəbərlər