Əfqanıstanın Kabil şəhərinin qərb hissəsində yerləşən Şah Suri məscidində partlayış olub. “Qafqazinfo” bildirir ki, bu barədə “TOLOnews” Əfqanıstanın Səhiyyə Nazirliyinə istinadən xəbər verib.
Hadisə nəticəsində dörd nəfər, o cümlədən imam həyatını itirib. Daha beş nəfər xəsarət alıb.
Telekanalın məlumatına görə, cümə namazı zamanı əldəqayırma partlayıcı qurğu partlayıb.
Son xəbərlər
Son Xəbərlər