Əfqanıstanda mətbuat konfransı zamanı 2 jurnalist öldürüldü

efqanistanda-metbuat-konfransi-zamani-2-jurnalist-olduruldu
Oxunma sayı: 2793

Əfqanıstanın “Əfqanıstanın səsi” informasiya agentliyinin binasında partlayış törədilib.

 “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, partlayış binada mətbuat konfransı keçirilən zaman baş verib.

Nəticədə 2 jurnalist ölüb, 32 nəfər isə yaralanıb.

Əfqanıstanın təhlükəsizlik nümayəndələri partlayışın terror aktı olduğunu bildiriblər.

Hazırda araşdırma aparılır.