Əfqanıstanda mina partladı, uşaqlar öldü

Əfqanıstanda mina partladı, uşaqlar öldü
Oxunma sayı: 698

Əfqanıstanın şimal-qərbindəki Tahar əyalətində minanın partlaması nəticəsində azyaşlılar dünyasını dəyişib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə rəsmilərdən biri məlumat yayıb.

Talukan şəhərində baş vermiş hadisə nəticəsində 5 uşaq həlak olub. Bir qrup azyaşlı partlayıcı qurğunu satış məqsədi ilə şəhərə aparmaq istəyərkən mina partlayıb.