Əfqanıstanda motosikletli terror - 5 ölü, 12 yaralı var

efqanistanda-motosikletli-terror
Oxunma sayı: 833

Əfqanıstanın Paktika vilayətində motosikletə yerləşdirilən bomba partladılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, vilayətin nümayəndəsi Məhəmməd Rəhman Ayaz hadisənin bir komandirin evinin qarşısında baş verdiyini bildirib.

Terror hücumu zamanı 5 nəfər ölüb, 7 nəfər də yaralanıb. Rəhman Ayaz ölənlər arasında uşaqların da olduğunu söyləyib.

Hələlik hücumu heç bir təşkilat öz üzərinə götürməyib.