Əfqanıstanda partlayışda ölənlərin sayı artdı - Yenilənib

efqanistanda-partlayisda-olenlerin-sayi-artdi
Oxunma sayı: 929

Əfqanıstanın Nanqarhar vilayətində cümə namazı zamanı məscidlərdən birinə bombalı hücum təşkil edilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə nəticəsində 22 nəfər həlak olub, 53 nəfər xəsarət alıb.

Yaralılar arasında azyaşlıların da olduğu bildirilir.

Terror aktına məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

***

Partlayışda ölənlərin sayı artaraq 62 nəfər olub. 60 nəfər isə yaralanıb.