Əfqanıstanda polis məntəqəsi qarşısında partlayış - 8 ölü, 55 yaralı

efqanistanda-polis-menteqesi-qarsisinda-partlayis
Oxunma sayı: 796

Əfqanıstanda baş verən partlayış nəticəsində səkkiz nəfər ölüb, 55 nəfər isə yaralanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərdən ikisi polis əməkdaşıdır. Partlayış Baqlan əyalətində yerləşən polis məntəqəsinin qarşısında baş verib. 

Güc strukturu əməkdaşları məntəqəyə hücum edən silahlılardan ikisini zərərsizləşdirə bilib. Digərləri isə polislər tərəfindən mühasirəyə alınıb.