Əfqanıstanın Hilmənd əyalətində silahlı şəxslər polisə hücumu edib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Pajhwok” agentliyi məlumat yayıb.
Hücum nəticəsində 8 polis qətlə yetirilib, 3-ü yaralanıb.
Əfqanıstan ordu generalı Əbdül Rəhim Çaxansurinin sözlərinə görə, hücumu “Taliban” qruplaşması həyata keçirib.
Ancaq hələlik məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.
Faktla ilə bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər