“Qafqazinfo” Anadolu Agentliyinə istinadən xəbər verir ki, Almar kənd bələdiyyə sədri Məhəmməd Saleh açıqlamasında hadisə zamanı 19 nəfərin öldüyünü bildirib.
Üzərində bomba olan şəxs təhükəsizlik orqanlarının maşınına yaxınlaşıb, bombanı işə salıb.
Partlayış zamanı 33 nəfər də yaralanıb. Hadisəni heç bir təşkilat öz üzərinə götürməyib.
Qeyd edək ki, bir müddət əvvəl “Taliban” təşkilatı ərazidə partlayış törətmiş, 14 nəfər dünyasını dəyişmişdi.
Son xəbərlər
Son Xəbərlər