Əfqanıstanın Nanqarhar vilayətinin Cəlalabad şəhərində tikinti şirkətinə edilən bombalı hücumu İŞİD terror təşkilatı həyata keçirib.
“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, bu barədə təşkilatdan açıqlama verilib.
Qeyd edək ki, terakt nəticəsində şirkətin 16 işçisi ölüb, 9-u isə yaralanıb. Hadisə yerinə cəlb edilən polislərlə terrorçular arasında 3 saatlıq atışmadan sonra 5 terrorçu məhv edilib.
Son xəbərlər
Son Xəbərlər