Əfqanıstanda qar uçqunu - 21 nəfər öldü

efqanistanda-qar-ucqunu
Oxunma sayı: 1185

Əfqanıstanın Daykundi kəndində qar uçqunu baş verib.

“Qafqazinfo”nun “Anadolu” agentliyinə istinadən məlumatına görə, təbii fəlakət nəticəsində 21 nəfər ölüb, 10 nəfər yaralanıb.  Daha 7 nəfər isə uçqun altında qalıb. Onların xilas edilməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, qar uçqunu nəticəsində 50 ev dağılıb, onlarla heyvan tələf olub.