Əfqanıstanda qar uçqunu oldu, ölənlər var

efqanistanda-qar-ucqunu-oldu-olenler-var
Oxunma sayı: 962

Əfqanıstanın cənub-şərqindəki Bədəxşan vilayətində qar uçqunu olub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, nəticədə 14 nəfər dünyasını dəyişib, 4 nəfər isə yaralanıb. Qarın altında başqa insanların da ola biləcəyi ehtimal olunur. Axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, fevralın 22-də Ragistan mahalında də qar uçqunu baş vermiş, 4 nəfər dünyasını dəyişmişdi.