Radikal Taliban hərəkatının Əfqanıstanda yaratdığı Şərin Qarşısının Alınması və Fəzilətin Təbliği Nazirliyi son bir il ərzində 281 təhlükəsizlik qüvvəsini saqqal uzatmadığına görə işdən çıxarıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Reuters” məlumat yayıb.
Bununla yanaşı 13 mindən çox insanın “əxlaqsız hərəkətlərə” görə kütləvi həbs edildiyi bildirilib.
Nazirliyin planlaşdırma və qanunvericilik üzrə direktoru Mohibullah Mokhlis mətbuat konfransında bildirib ki, rəsmilər son bir ildə 21 328 musiqi alətini məhv edib və minlərlə kompüter operatorunun bazarlarda “əxlaqsız və qeyri-etik” filmlər satmasının qarşısını alıb.