Əfqanıstanda sel fəlakəti - Ölən və yaralananlar var

efqanistanda-sel-felaketi
Oxunma sayı: 726

Əfqanıstanın şərqindəki Naqarpakar şəhərində güclü yağışlardan sonra baş verən sel ölümlə nəticələnib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sel nəticəsində 8 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb.

Fəlakət və Fövqəladə Hallar İdarəsinin rəisi Kari Seyfullah ölənlərdən 4-nün leysan yağışlar nəticəsində evlərinin damının uçması nəticəsində həyatını itirən uşaqlar olduğunu, bir çox evin ya su altında qaldığını, ya da ciddi ziyan gördüyünü bildirib.