Son sutka ərzində Əfqanıstanın 15 əyalətində hökumət qüvvələri ilə “Taliban” arasında döyüşlər gedib.
“Qafqazinfo” Əfqanıstan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, döyüşlərdə hərəkatın 271 üzvü zərərsizləşdirilib, 162-si isə yaralanıb.
Döyüş gedən ərazilərdə 18 partlayıcı qurğu tapılıb və zərərsizləşdirilib. Bununla belə, Əfqanıstanın ən təhlükəsiz əyaləti olan Bamianın bir bölgəsinin “Taliban” tərəfindən tutulduğu deyilir.
Əyalət rəhbərinin müavininin sözlərinə görə, “Taliban” döyüşçüləri Kahmard rayonuna hücum edib, nəticədə hərbçilər geri çəkilməyə məcbur olub. O, həmçinin bildirib ki, döyüşçülər çox sayda silah-sursat ələ keçirib.
Son xəbərlər
Son Xəbərlər