Əfqanıstanda soyuqdan ölənlərin sayı artdı

Əfqanıstanda soyuqdan ölənlərin sayı artdı
Oxunma sayı: 1411

Əfqanıstanda davam edən anomal soyuq hava şəraiti səbəbindən ölənlərin sayı artıb.

“Qafqazinfo” CNN telekanalına istinadən xəbər verir ki, onların sayı 157-yə çatıb.

Daha əvvəl bu rəqəm 104 idi.

Xatırladaq ki, Əfqanıstanda son vaxtlar ən soyuq qışlardan biri yaşanır. BMT-nin məlumatına görə, təxminən 30 milyon insanın (əhalinin təxminən üçdə ikisi) yardıma ehtiyacı var.