Əfqanıstanda “Taliban” hücumu - 40 hərbçi öldü

efqanistanda-taliban-hucumu
Oxunma sayı: 1360

“Taliban” militanları Əfqanıstanın Uruzqan vilayətinin Çinartu şəhərindəki hərbi bazaya hücum ediblər.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində 40 hərbçi həyatını itirib, xeyli əsgər isə yaralanıb. Çinartu polis rəisi Əhtar Məhəmmədin açıqlamasına görə, “Taliban”çılardan da ölən var.

Qeyd edək ki, “Taliban” hücum nəticəsində hərbi bazanı ələ keçirdiklərini iddia edib.