Əfqanıstanın Bəğlan vilayətində tələbələrin daşındığı avtobusa silahlı hücum olub.
“Qafqazinfo” “Tolo News”a istinadən xəbər verir ki, avtobus silahlıların raket zərbəsinə tuş gəlib. Nəticədə tələbə və müəllim olmaqla 2 nəfər həlak olub, 6 nəfər müəllim isə yaralanıb.
Bəğlan polisi hücumun arxasında “Taliban” döyüşçülərinin dayandığını açıqlayıb. Radikal hərəkat hadisəyə hələ ki, münasibət bildirməyib.
Son xəbərlər
Son Xəbərlər