Əfqanıstanda daha bir partlayış törədilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Qəzni şəhərində baş verib.
Partlayış nəticəsində 12 nəfər ölüb, daha 43 nəfər yaralanıb. Ölənlərdən 8-i polisdir.
Qeyd dək ki, Milli Təhlükəsizlik İdarəsinin ofisində hücum edilib. Terrorçu kamikadze partlayıcı maddə ilə dolu yük maşınını partladıb. Hadisəyə görə məsuliyyəti “Taliban“ hərəkatı üzərinə götürüb.
***
Qəzni şəhərində törədilmiş partlayış zamanı yaralananların sayı 179 nəfərə çatıb. Yerli mətbuat xəsarət alanlar arasında 36 uşağın olduğunu bildirir.
Son xəbərlər
Son Xəbərlər