Əfqanıstanın Nanqarhar vilayətində terror aktı törədilib.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən məlumatına görə, terrorçu-canlı bombanın avtomobili partlatması nəticəsində 2-si uşaq olmaqla 10 nəfər həlak olub, 23 nəfər xəsarət alıb.
Məlumata görə, partlayış iqtidaryönlü lider Məlik Dehkanın evinin yaxınlığında baş verib.
Terror qruplaşmalarından heç biri hələ ki, hadisəni öz üzərinə götürməyib.
Son xəbərlər
Son Xəbərlər