Əfqanıstanda terrorda ölənlərin sayı 150 oldu

efqanistanda-terrorda-olenlerin-sayi-150-oldu
Oxunma sayı: 638

Əfqanıstan prezidenti Əşraf Qani ötən həftə Kabulda baş verən terrorda ölənlərin sayının 150-ə çatdığını açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prezident Kabulda diplomatları ilə görüşdə bildirib ki, terrorda 150-dən çox insan ölüb, 300-dən çox insan isə müxtəlif yanıq xəsarətləri və amputasiyalarla xəstəxanaya yerləşdiriliblər. 

Qeyd edək ki, Əfqanıstanın paytaxtında güclü partlayış mayın 31-də baş vermişdi. Terrora görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürmüşdü.