Əfqanıstanda təyyarə qəzası - Göyərtədə 83 nəfər olub

efqanistanda-teyyare-qezasi
Oxunma sayı: 1872

Əfqanıstanın şərqində “Ariana Afghan Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya düşüb.

“Qafqazinfo”nun “1TV”yə istinadən məlumatına görə, Herat-Kabul reysini həyata keçirən təyyarə Qəzni vilayətinin Deh Yak rayonunda qəzaya düşüb.

“Tolo News “ telekanalı xəbər verir ki, təyyarə “Taliban” qüvvələrinin nəzarət etdiyi əraziyə düşüb.

İlkin məlumatlara görə, göyərtədə 83 nəfər olub.