Əfqanıstanda bu ilin birinci rübündə 573 dinc sakin həlak olub.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstana Yardım Missiyası (UNAMA) bildirib.
UNAMA-nın məlumatına görə, bu ölkədə davam edən zorakılıq nəticəsində 1 210 dinc sakin yaralanıb.
Cari ilin ilk üç ayında Əfqanıstanın mülki əhalisi arasında qurbanların sayı 2020-ci ilin analoji dövrü ilə müqayisədə 29 % artıb.
Məlumatda Əfqanıstanın dinc sakinlərinin toqquşmalar, bomba partlayışları və sui-qəsdlər nəticəsində həlak olmasına diqqət yetirilir.
Yalnız toqquşmalar nəticəsində hesabat dövründə 179 dinc sakin həlak olub. Bununla yanaşı, həlak olanlar arasında qadın və uşaqların olması faktı dəhşət doğurur.
Son xəbərlər
Son Xəbərlər