Əfqanıstanda vertolyot qəzası olub

efqanistanda-vertolyot-qezasi-olub
Oxunma sayı: 905

Əfqanıstanın Hilmend vilayətində əfqan milli ordusuna məxsus vertolyot eniş zamanı qəzaya düşüb.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə xüsusi əməliyyat zamanı baş verib. Təyyarənin ekipaj üzvləri evakuasiya olunub.

Qəzanın baş vermə səbəbləri araşdırılır.