Əfqanıstanda voleybol meydançasında partlayış, 4 ölü, 20 yaralı

efqanistanda-voleybol-meydancasinda-partlayis-4-olu-20-yarali
Oxunma sayı: 715

Əfqanıstanın Baqlan əyalətində voleybol meydançasında partlayış olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, partlayışda dörd nəfər ölüb, daha 20-si yaralanıb. 

Hadisə ötən gün axşam saatlarında qeydə alınıb, hansı səbəbdən baş verməsi araşdırılır. 

Partlayışın “Taliban” radikal hərəkatının nəzarətində olan ərazidə baş verdiyi qeyd edilir. Lakin hələ ki, heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.