Əfqanıstandakı partlayışda BBC-nin əməkdaşı da ölüb

efqanistandaki-partlayisda-bbc-nin-emekdasi-da-olub
Oxunma sayı: 691

Əfqanıstanın paytaxtında Almaniya səfirliyinin girişində baş verən partlayışda BBC teleradio şirkətinin əməkdaşı da ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BBC özü məlumat yayıb. Dörd jurnalistin isə yaralandığı açıqlanıb. Ölən şəxs “BBC Əfqanıstan”ın sürücüsü Məhəmməd Nazirdir. Məlumata görə, o, jurnalist həmkarlarını ofisə apararkən partlayışda ölüb. Digər jurnalistlər hazırda xəstəxanadadırlar. Həyati təhlükələrinin olmadığı bildirilir.