Əfqanıstanı ABŞ-ın əsas müttəfiqləri sırasından xaric etdi

efqanistani-abs-in-esas-muttefiqleri-sirasindan-xaric-etdi
Oxunma sayı: 1994

ABŞ Prezidenti Co Bayden Əfqanıstanı Vaşinqtonun NATO xaricindəki əsas müttəfiqləri sırasından xaric edib.

“Qafqazinfo” xəbər verir ki, amerikalı liderin imzaladığı müvafiq sənədi Ağ Evin Mətbuat xidməti yayıb.

“Mən Əfqanıstanın NATO xaricindəki ABŞ-ın əsas müttəfiqlərinə aid edilməsini dayandırıram", - sənəddə deyilir.

Qeyd edək ki, Bayden Əfqanıstanı bu statusdan məhrum etmək niyyətində olduğunu hələ iyul ayında bildirmişdi.