Əfran İsmayılov və Elvin Məmmədov rəsmən “Sumqayıt”da

efran-ismayilov-ve-elvin-memmedov-resmen-sumqayitda
Oxunma sayı: 2054

“Sumqayıt”  iki futbolçu ilə münasibətləri rəsmiləşdirib. 

“Qafqazinfo” xəbər verir ki, ötən mövsümü “Qarabağ”da keçirən Əfran İsmayılov və  “Qəbələ”də keçirən Elvin Məmmədov qarşıdakı mövsümdə “Sumqayıt”ın şərəfini qoruyacaqlar.

Hər iki futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Əfran İsmayılov “Qarabağ”dan (163 oyun, 22 qol) başqa “Turan” (10 oyun, 2 qol), “Bakı” (17 oyun, 8 qol), “Xəzər Lənkəran” (11 oyun, 1 qol) və “İnter”in (10 oyun, 3 qol) formasını geyinib. 2010-cu ildə milli komandada debüt oyununu keçirən futbolçu 38 qarşılaşmada 5 qola imza atıb.

Elvin Məmmədov “Qəbələ” (11 oyun, 2 qol) ilə yanaşı “Turan” (47 oyun, 3 qol), “İnter” (52 oyun, 5 qol), “Qarabağ” (70 oyun, 3 qol), “Bakı” (73 oyun, 3 qol) və “Zirə”nin (40 oyun 5 qol) uğurları üçün çalışıb. 2008-ci ildə ilk dəfə əsas milliyə dəvət almış Elvin yığmamızın heyətində 37 qarşılaşmada 7 qola imza atıb.