Əfran İsmayılov yeni müqavilə imzaladı

efran-ismayilov-yeni-muqavile-imzaladi
Oxunma sayı: 2224

“Səbail” futbolçusu Əfran İsmayılovla müqavilənin müddətini uzadıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

33 yaşlı yarımmüdafiəçi 2021/22 mövsümündə də “dənizçilər”in formasını geyinəcək.

Qeyd edək ki, Əfran İsmayılov 2020-ci ilin sentyabrında “Səbail”ə keçib.