Əfsanəvi aktrisa vəfat etdi

efsanevi-aktrisa-vefat-etdi
Oxunma sayı: 2318

Əfsanəvi amerikalı aktrisa, rejissor Stenli Kubrikin ilk filminin ulduzu Virciniya Leyt 94 yaşında vəfat edib. “Qafqazinfo” bildirir ki, bu barədə “Variety” yazıb.

Aktrisa noyabrın 4-də vəfat etsə də, ailəsi məlumatı hələ indi təsdiqləyib. Ailə nümayəndəsinin sözlərinə görə, o, Palm-Sprinqdə (Kaliforniya ştatı) öz evində uzun sürən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, V. Leyt 1925-ci il oktyabrın 15-də ABŞ-da anadan olub. O, 1950-ci illərdən filmlərə çəkilməyə başlayıb. Onun iştirakı ilə olan ən məşhur filmlər bunlardır: “Ölümdən əvvəl öpüş”, “Qara dul”, “Qorxu və şəhvət” (rejissor Stenli Kubrik), “Qəddar şənbə”, “Ağ lələk”.