“Qafqazinfo” Cosmopolitan-a istinadən xəbər verir ki, 74 yaşlı aktyor sevənlərinə öz şəxsi təyyarəsi ilə uçmağı təklif edir. Bunu arzu edənlər isə nə az, nə çox 40 min dollar ödəməlidirlər.
Təyyarə Qlazqo-London marşrutu üzrə hərəkət edəcək. “Xaç atası” biletə əlavə də edib. Belə ki, bu məbləği ödəyəcək hər kəs konsertə iki nəfərlik bilet və 5 ulduzlu oteldə 3 günlük qalma imkanı qazanacaq.
Amma 40 min dolları olmayanlar üçün alternativ variant da var. Cəmi 12 min dollar ödəməklə Al Paçino ilə sadəcə nahar edə bilərsiniz.
Qeyd edək ki, yanvarda məşhur aktyorun müflis olması haqqında məlumatlar yayılmışdı. Onun tanınmış şirkətlərdən birinə yüksək məbləğdə uğursuz yatırım etdiyi bildirilirdi.
Son xəbərlər
Son Xəbərlər