Əfsanəvi balerina vəfat etdi

efsanevi-balerina-vefat-etdi
Oxunma sayı: 2119

Dünyaca məşhur kubalı balerina və xoreoqraf Alisiya Alonso 98 yaşında vəfat edib. “Qafqazinfo” bildirir ki, bu barədə Kuba Milli Operasının mətbuat xidməti məlumat verib.

Balerinanın ölüm səbəbi açıqlanmayıb. 

Qeyd edək ki, A.Alonso 1920-ci ildə Kubanın paytaxtı Havana şəhərində anadan olub. Məhz o, Kuba baletini dünya səhnəsinə çıxarıb. Alonso 1948-ci ildə Kuba Milli Operasının əsasını qoyub. Havanadakı Böyük Teatr onun adını daşıyır.